Ana Sayfa > Özəl > Şeremetyevoda xəsarət alan uşağın vəziyyəti ağırdır
Şeremetyevoda xəsarət alan uşağın vəziyyəti ağırdırDünən, 14:31. Yazar: sevinc1 |
![]() Paytaxtın Şeremetyevo hava limanında kişinin vəhşicəsinə başına qaldırıb yerə atdığı uşağın vəziyyəti hələ də ağırdır. Bununla belə, həkimlər müsbət dinamikanı qeyd edirlər. Bu barədə bazar ertəsi, iyunun 30-da Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb. — Şeremetyevoda xəsarət alan uşağın vəziyyəti ağır olaraq qalır. Müsbət dinamika qeyd olunur. L. M. Roşal Uşaq Klinik Mərkəzinin həkimləri onun sağalması üçün mümkün olan hər şeyi etməyə davam edirlər, - mətbuat xidməti TASS-a istinadən bildirir. İyunun 23-də Belarus vətəndaşı Vladimir Vitikov Şeremetyevoda baqaj qəbul edən yerdə uşağı qucağına alaraq var gücü ilə yerə atıb. Üç gün sonra uşaq ilk dəfə gözlərini açıb. Uşağın vəziyyəti ilə bağlı məlum olanlar “Veçernyaya Moskva”nın materialındadır. İyunun 26-da Ximki Şəhər Məhkəməsi Vladimir Vitikov barəsində avqustun 24-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçib.Məlum olub ki, həmin şəxs əvvəllər psixiatrda müalicə olunub, ilkin şizofreniya diaqnozu qoyulub. aia.az Tərcümə şöbəsi Geri dön |