Ana Sayfa > Özəl > Milyarder Bezosun toydan əvvəlki arzusu ürəyində qalıb...

Milyarder Bezosun toydan əvvəlki arzusu ürəyində qalıb...


Dünən, 14:09. Yazar: sevinc1
Milyarder Bezosun toydan əvvəlki arzusu ürəyində qalıb...
Amerikalı milyarder və Amazon internet şirkətinin qurucusu Ceff Bezos bildirib ki, toydan əvvəl Lauren Sançesə yalvarıb ki, ənənəni pozsun. Bu barədə “Vogue Italia” nəşrinə Laura Tortora danışıb.
Belə ki, sahibkar bayramdan əvvəl sevgilisindən gəlinliyi göstərməsini xahiş etsə də, rədd cavabı alıb.

"Bezos ona paltarı göstərmək üçün yalvardı. Lakin o [Sançes] daxildən müqavimət göstərdi, çünki nəyin bahasına olursa-olsun ona sürpriz etmək istəyib və buna nail olub", - jurnalist deyib.

Söhbət “Dolce & Gabbana” brendinin “balıq quyruğu” üslubunda sifarişlə hazırlanmış korset paltarından gedir. Məlumdur ki, bu məmulat italyan krujevası və ipək şifonla örtülmüş 180 düymə ilə bəzədilib.

İyunun əvvəlində Sançesin ilk gəlinlik paltarının internetdə "başı aşağı abajur" ifadəsi ilə lağ edildiyi bildirilmişdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön