Ana Sayfa > Özəl > Suriya İsrailə qarşı ərazi iddialarından əl çəkib

Suriya İsrailə qarşı ərazi iddialarından əl çəkib


Dünən, 13:30. Yazar: sevinc1
Suriya İsrailə qarşı ərazi iddialarından əl çəkib
“The Times of Israel” yazır ki, Suriya münasibətlərin normallaşdırılmasına dair danışıqlar zamanı İsrail tərəfindən işğal edilmiş Qolan təpələrinin geri qaytarılmasını artıq tələb etmir.
Nəşr yazır: “Suriya İsraildən 1967-ci ildə davam edən sülh danışıqları zamanı ələ keçirilən Qolan təpələrinin bir hissəsinin geri qaytarılmasını tələb etmir”.

Danışıqlarda Suriyanın əsas tələbləri Əhməd əş-Şaraa başçılıq etdiyi yeni hakimiyyətin İsrail tərəfindən tanınması və İsrail qoşunlarının yanvarda ələ keçirdikləri ölkənin cənubundakı ərazilərdən çıxarılmasıdır. Bundan əlavə, Dəməşq ölkənin cənub sərhədində təhlükəsizlik tədbirlərinin dəqiq müəyyən edilməsini, həmçinin ABŞ-dan Suriyaya dəstək tələb edir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barak Vaşinqtonun Suriyanı terrorizmi himayə edən ölkələr siyahısından çıxarmağa hazır olduğunu bildirmişdi. O, Suriya-İsrail münasibətlərinin normallaşmasını birbaşa dialoq yolu ilə həll oluna biləcək problem hesab etdiyini də vurğulayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön