Ana Sayfa > Ölkə / Karusel > Qeyri-iş günü bir də dörd aydan sonra olacaq -
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq -Bu gün, 10:03. Yazar: sevinc1 |
![]() Azərbaycanda qeyri-iş günü - bayram tətili bir də 4 aydan sonra - noyabr ayında olacaq. aia.az Teleqraf-a istinadən xəbər verir ki, iyul, avqust, sentyabr və oktyabr aylarında bayram yoxdur. Yalnız oktyabrın 18-i Dövlət Müstəqilliyin Bərpası Günüdür. Həmin gün hər il bayram kimi qeyd olunan iş günüdür. Növbəti qeyri-iş günü noyabr ayına təsadüf edəcək. 8 Noyabr Zəfər Günüdür. Noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunacaq. Hər iki gün qeyri-iş günü olan bayramdır. Noyabrın 8 və 9-u şənbə-bazardır. Əmək qanunvericiliyinə əsasən, əgər qeyri-iş günləri şənbə-bazara düşərsə, növbəti gün (günlər) istirahət günü sayılır. Beləliklə, noyabrda ardıcıl 4 gün - 8,9,10 və 11-də iş olmayacaq. İlin sonuncu bayramı isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. aia.az Geri dön |