Ana Sayfa > Özəl > Yeni doğulmuş körpə günlərlə anasının meyiti ilə tək qaldı!

Yeni doğulmuş körpə günlərlə anasının meyiti ilə tək qaldı!


Bu gün, 09:11. Yazar: sevinc1
Yeni doğulmuş körpə  günlərlə anasının meyiti ilə tək qaldı!
ABŞ-ın Feniks şəhərində anasının ölümündən sonra körpənin günlərlə tək qaldığı müəyyən edilib. Polis xəbər aldıqdan sonra evə gedib və körpəni xilas edib.
CBS News-un məlumatına görə, səlahiyyətlilər may ayında baş verən hadisə ilə bağlı cümə günü açıqlama veriblər. Feniks polisi bildirib ki, qadının qonşusundan mayın 14-də xəbər daxil olub və o, bu yaxınlarda uşaq dünyaya gətirən qonşusundan günlərlə xəbər tutmadığını bildirib. Daha sonra polis qadının yaşadığı mənzilə gedib.

Phoenix Polis Departamenti tərəfindən paylaşılan bədən kamerası görüntülərində məmurların mənzilin kilidi açılmış pəncərəsinə baxdıqları görünür. Bu zaman məmurlar yerdə uzanmış qadın görüblər.

Daha sonra məmurlar mənzilə daxil olaraq çarpayıda uzanmış, gözə görünən dərəcədə arıq və zəif olan körpəni xilas ediblər. Kadrlarda məmurlardan birinin körpəni ehtiyatla uşaq arabasına yerləşdirdiyi, daha sonra körpəni başqa məmura təhvil verdiyi görünür.

Polisin verdiyi məlumata görə, Phoenix Yanğınsöndürmə İdarəsinin əməkdaşları körpəni müalicə üçün xəstəxanaya aparıblar. Polis körpənin tam sağalmasının gözlənildiyini bildirib.

Maricopa İlçe Tibbi Ekspertiza Bürosu ananın ölüm səbəbini araşdırarkən ölü tapılan qadının adı ictimaiyyətə açıqlanmır.

aia.az
Tərcümə şöbəsi
Geri dön