Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-4 > Novruzəli Aslanov: “Yekaterinburq şəhərində baş verənləri şiddətlə qınayırıq”

Novruzəli Aslanov: “Yekaterinburq şəhərində baş verənləri şiddətlə qınayırıq”


Bu gün, 10:10. Yazar: azer
Novruzəli Aslanov: “Yekaterinburq şəhərində baş verənləri şiddətlə qınayırıq”

Rusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələr təbii ki, Azərbaycan ictimaiyyətində güclü rezonans doğurub, gərgin müzakirələrə səbəb olub.

Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında baş verənləri qətiyyətlə pisləyib.

Millət vəkili bildirib ki, belə halların baş verməsi yolverilməzdir və Rusiya hökuməti gələcəkdə bu kimi hadısələrin təkrarlanmaması üçün mütləq müvafiq tədbirlər görməlidir: “İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yaşayan soydaşlarımıza qarşı törədilmiş zorakılıq əməlləri son dərəcə üzücü hadisədir. Azərbaycanlıların yaşadığı evlərə ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının basqını həmvətənlərimizdən bir neçəsinin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə nəticələnmişdir. Əlbəttə ki, bu, bütün Azərbaycan xalqını üzür və dərindən narahat edir. Düşünürəm ki, Rusiya hökuməti gələcəkdə belə halların baş verməsini istisna etmək üçün müvafiq tədbirlər görməlidir.”

Daha sonra Novruzəli Aslanov baş verənlərin Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdirilməsi məqsədilə bəzi dairələr tərəfindən qəsdən planlaşdırıldığının da mümkünlüyünü diqqətə çatdırıb: “Bu hadisənin xüsusilə son bir il ərzində Azərbaycan-Rusiya münasibətləri ətrafında gedən proseslərin fonunda təhlili belə deməyə əsas verir ki, Rusiya ərazisində mövcud olan hansısa dairələr dşünülmüş şəkildə iki ölkə arasında gərginlik yaradılması üçün məqsədyönlü fəaliyyət göstərirlər. Əlbəttə ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxın qonşuluq kontekstindən çıxarılıb qarşıdurma müstəvisinə keçirilməsi həm ölkələrimizin, həm də xalqlarımızın milli maraqlarına tamamilə ziddir. Bununla belə, Azərbaycan nəinki təkcə Rusiyada, eyni zamanda dünyanın istənilən birölkəsində yaşayan azərbaycanlılarının taleyinə biganə qala bilməz və qalmayacaq da. Ümid edirik ki, Rusiya hökuməti törədilən təxribatların ciddi şəkildə araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində müvafiq addımlar atacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön