Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov İsmayıllının Şəbiyan kəndində sakinlərlə görüşüb

Novruzəli Aslanov İsmayıllının Şəbiyan kəndində sakinlərlə görüşüb


Bu gün, 15:02. Yazar: azer
Novruzəli Aslanov İsmayıllının Şəbiyan kəndində sakinlərlə görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov 26 iyun 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə sakinləri qəbul edib.

aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Şəbiyan kəndində baş tutub. Görüşdə yaxınlıqda yerləşən qonşu Bəhliyan kəndinin, eləcə də İsmayıllı şəhərinin sakinləri iştirak ediblər.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Şəbiyan və Bəhliyan kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön