Ana Sayfa > Gündəm / Özəl > Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçiribBu gün, 09:36. Yazar: azer |
![]() 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə 25 iyun 2025-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında xüsusi tədbir keçirilmişdir. Tədbir, şəhid ailələri və qazilərə mənəvi dəstək göstərmək, Azərbaycan Ordusunun qəhrəmanlıq tarixini ehtiramla xatırlamaq məqsədi daşıyırdı. aia.az xəbər verir ki, tədbirdə 20 nəfər şəhid ailəsi üzvü, 120 nəfər müharibə qazisi, Müdafiə Nazirliyinin müxtəlif qurumlarından olan yüksək rütbəli nümayəndələr, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirak etmişlər. Tədbir zamanı çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan söz açmış, onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşmağın vacibliyini vurğulamışlar. Tədbir daha sonra bədii hissə və konsert proqramı ilə davam etmişdir. Geri dön |