Ana Sayfa > Özəl > Hücumlar nəticəsində yaralanan İranın ali hərbi qərargahının komandiri Şadmani ölüb

Hücumlar nəticəsində yaralanan İranın ali hərbi qərargahının komandiri Şadmani ölüb


25-06-2025, 20:41. Yazar: sevinc1
Hücumlar nəticəsində yaralanan İranın ali hərbi qərargahının komandiri Şadmani ölüb

Ötən həftə İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda yaralanan Xatəmul-Ənbiya Mərkəzi Qərargahının komandiri general-mayor Əli Şadmaninin dünyasını dəyişdiyi bildirilib. İran dövlət televiziyasının məlumatına görə, ötən həftə İsrailin hücumları zamanı ağır yaralanan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri general-mayor Şadmani aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şadmani iyunun 13-də İsrailin hücumları zamanı həlak olan general-mayor Qulam Əli Rəşiddən sonra qərargah rəisi təyin edilib.

Xatəmü'l-Ənbiya Mərkəzi Qərargahı İran Silahlı Qüvvələrinin ən yüksək səviyyəli hərbi qərargahı kimi tanınır və müharibə zamanı birgə hərbi əməliyyatların planlaşdırılması və koordinasiyasına cavabdehdir.

İsrail iyunun 17-də Şadmanini hava hücumunda öldürdüyünü iddia edib

aia.az
Tərcümə şöbəsi
Geri dön