Ana Sayfa > İqtisadiyyat > Qazın təzyiqi niyə düşüb? - Şikayətlər artır
Qazın təzyiqi niyə düşüb? - Şikayətlər artır13-02-2017, 12:13. Yazar: Sevinc |
Zabrat qəsəbəsi 1-də yerləşən “yeni məhəllə” sakinləri əraziyə verilən qazın təzyiqinin aşağı olmasıyla bağlı redaksiyamıza müraciət ediblər. 2 həftədən çoxdur, sakinlərə verilən qazın təzyiqi çox düşüb: “Dəfələrlə “Azəriqaz”ın qaynar xəttinə müraciət etmişik. Qeydə aldıqlarını desələr də, hər hansı bir dəyişiklik yoxdur. Son olaraq Sabunçu rayon Qaz İstismar İdarəsinə müraciət etdik. Direktor dedi ki, məsələ həll olunacaq və evimizə mütəxəssis göndərdi. Həmin şəxs qaz borularımızın nazik olduğunu və təzyiqin bu səbəbdən aşağı olduğunu dedi. Ancaq eyni borularla 2 həftə əvvəl normal qaz gəlirdi. İndi necə nazik olur? Hazırda qazın gücü çatmır ki, adicə hamamdakı “pitiminutka”nı yandıra bilək”. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev isə “Qafqazinfo”ya bildirib ki, qeyd olunan şikayət əsasında əraziyə baxış keçiriləcək. Qeyd edək ki, bu, verilən qazın təzyiqinin aşağı olmasıyla bağlı ilk şikayət deyil, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan sakinlər tez-tez bu məsələ haqda mətbuata üz tuturlar. (APA) Geri dön |