Ana Sayfa > Siyasət > Ordu dövlətin əsası, özülüdür
Ordu dövlətin əsası, özülüdürDünən, 18:23. Yazar: azer |
![]() İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Bu başlanğıcın davamı olaraq müasir Azərbaycan ordusu artıq bütün dünyada öz adını tanıtmış bir ordudur. Ordumuz bugünkü vəziyyətinə çatması Ulu Öndər Heydər Əliyevin səyi və uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bunun ən bariz nümunəsi isə Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə 2 ci Qarabağ müharibəsidir. 44 günlük bu savaşda ordumuzun nəyə qadir olduğunu bütün dünya gördü. 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə ordu sıralarında xidmət edən əsgər, zabit və bütün heyəti təbrik edir, bu şərəfli yolda onlara dözüm, iradə arzulayıram . Kəmalə Həsənova YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Geri dön |