Ana Sayfa > Siyasət > Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı
Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdıDünən, 17:39. Yazar: azer |
![]() 1991-ci il Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Sovet İttifaqının süqutu nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik asan başa gəlmədi. XX əsrin sonlarında respublika həm daxili siyasi böhranlar, həm də xarici təhlükələrlə üz-üzə idi. Bu dövrdə Azərbaycan dövləti real şəkildə müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Müstəqilliyin ilk illərindəki mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanla Qarabağ müharibəsi, separatizm meyilləri, iqtisadi böhran və siyasi qeyri-sabitlik ölkənin varlığını sual altına alacaq səviyyəyə çatdırmışdı. 1991–1993-cü illər arası Azərbaycan dərin siyasi böhranlarla üzləşdi. 1991-ci ildə Azərbaycan Ali Soveti müstəqillik aktını qəbul etsə də, dövlət idarəçiliyi üçün zəruri olan sabitlik yox idi. Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra Ermənistanla silahlı qarşıdurma – Qarabağ müharibəsi başladı. Ermənistanın açıq hərbi müdaxiləsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edildi. 1992-1993-cü illərdə bu müharibədə Azərbaycanın hərbi və siyasi məğlubiyyətləri ölkə daxilində separatizm meyillərini gücləndirdi. Qarabağda separatçı rejim formalaşdırıldı və bu, ölkənin ərazi bütövlüyünə ciddi təhlükə yaratdı. 1993-cü ilin iyununda xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkədə sabitlik təmin olundu. Qısa müddət ərzində separatçı cəhdlər yatırıldı, iqtisadi islahatlara başlandı və beynəlxalq aləmlə əlaqələr genişləndi. Ən əsası isə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanaraq Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxışı təmin edildi. Bu müqavilə müstəqilliyin qorunmasında və ölkənin iqtisadi əsaslarının möhkəmlənməsində həlledici rol oynadı. Azərbaycanın müstəqilliyinin ilk illəri son dərəcə çətin və təhlükəli keçdi. 1991–1993-cü illər arası dönəmdə müstəqilliyin itirilməsi real təhlükə idi. Ancaq xalqın mübarizə əzmi və Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində bu təhlükənin qarşısı alındı. Azərbaycan bu sınaqlardan keçərək gücləndi, suverenliyini qorudu və bu gün regionun mühüm geosiyasi aktorlarından birinə çevrildi. Şamo Qasımov Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Geri dön |