Ana Sayfa > Seçilənlər-7 > Kübra Dadaşova vəfat etdi

Kübra Dadaşova vəfat etdi


13-02-2017, 12:00. Yazar: Sevinc
Kübra Dadaşova vəfat etdi







Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artisti Kübra Dadaşova vəfat edib.

Bu barədə əməkdar artist Kəmalə Hüseynova Feysbuk hesabında yazıb.

Aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

O, sabah dəfn olunacaq.

Qeyd edək ki, Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
(axşam.az)
Geri dön