Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > "Üzü Vətənə sarı" kitabnın təqdimatı keçirilmişdir
"Üzü Vətənə sarı" kitabnın təqdimatı keçirilmişdirBu gün, 13:37. Yazar: sevinc1 |
![]() Rüxsarə Adilqızı Qərbi Azərbaycanın Çəmbərək rayonunda dünyaya göz açıb. BDU-nun dosentidir. Ekologiya və torpaqşünaslıq fakültəsində oxuyan tələbələr onu bir müəllim kimi, həm də gözəl şeirlər müəllifi kimi sevir, sayğı göstərirlər. Onun Vətən qoxulu poeziya nümunələri hər dəfə oxucuların marağına səbəb olur. Bu günlərdə şairənin sayca beşinci olan “Üzü Vətənə sarı” kitabının təqdimatı mərasimi keçirilmişdir. Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri, BDU-nun əməkdaşları və şairin qələm dostları iştirak etmişdir. Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov açaraq Rüxsarə Adilqızı yaradıcılığında əsas xətt olan azərbaycançılıq, vətəndaş mövqeyi, doğma yurd yerlərinə qayıdacağımıza inam hissinin tərənnüm olunduğunu bildirmiş, bundan sonra da şairə yeni yaradıcılıq uğurları arzulamışdır. ![]() Tədbirin aparıcısı, kitabın redaktoru və ön söz müəllifi şair-publisist Şəmsi Qoca Rüxsarə Adilqızı yaradıcılığının özünəməxsus xüsusiyyətləri haqqında söhbət açmış, şairin şeirlərindən nümunələr səsləndirmişdir. Çıxış edənlər Rüxsarə Adilqızının kitabda toplanmış əsərlərindəki ana xətt olan Vətən həsrətinin bədii təsvirindən riqqətə gəldiklərini bildirərərək bundan sonra da müəllifə yaradıcı işlərdə müvəffəqiyyət arzulamışlar. ![]() ![]() ![]() Şairənin atası Adil müəllimin çıxışı tədbir iştirakçılarında dərin təəssürat oyatmışdır. Belə vətənpərvər, alim, şair övladı olması ilə fəxr etdiyini bildirən Adil müəllim Rüxsarə xanıma uğurlar arzulamışdır. ![]() Şairənin həyat yoldaşı, “Tərəqqi” medallı ekoloq, ETSN-də sektor müdiri Ərəstun Həsənovun,şair-publisist, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının, şair-publisist, Prezident təqaüdçüsü Zöhrə Qaraqızının çıxışı da maraqla qarşılanmışdır. ![]() Çay süfrəsi arxasında, sazlı, sözlü təqdimat mərasimi imza törəni ilə başa çatmışdır. ![]() ![]() ![]() ![]() aia.az Geri dön |