Ana Sayfa > Karusel / Siyasət / Parlament > Milli Məclisin deputatları ATƏT PA-nın sessiyasında İştirak edəcəklər

Milli Məclisin deputatları ATƏT PA-nın sessiyasında İştirak edəcəklər


Bu gün, 12:40. Yazar: azer
Milli Məclisin deputatları ATƏT PA-nın sessiyasında İştirak edəcəklər

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev ATƏT PA-nın 32-ci illik sessiyasında iştirak etmək üçün iyunun 28-də Portuqaliyanın Porto şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumun sessiyasında “Helsinki Yekun Aktının 50 illiyi: ATƏT-də yeni reallığa cavab” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsi və Büronun iclasları, habelə qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitələrinin toplantıları keçiriləcək, müvafiq qərarlar qəbul olunacaq.

Milli Məclisin nümayəndə heyətinin üzvləri sessiya ərzində keçiriləcək tədbirlərə qatılacaq, müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcəklər.
Səfər iyulun 4-də başa çatacaq.

Geri dön