Ana Sayfa > Özəl > Teatra ömrünü həsr edən sənətkar... - Fuad Biləsuvarlı yazır

Teatra ömrünü həsr edən sənətkar... - Fuad Biləsuvarlı yazır


Bu gün, 11:51. Yazar: fuad
Teatra ömrünü həsr edən sənətkar... - Fuad Biləsuvarlı yazır

Teatr – insan taleyinin başlanğıcı, hər səhnəsi isə bir xatirənin doğuluşudur. Ədalət Hacıyev üçün teatr yalnız bir sənət məkanı deyil, ruhun aynası, iç dünyaya açılan bir pəncərədir.

Bu gün görkəmli sənət xadimi, mədəniyyətimizin dəyərli siması, Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin doğum günüdür. O, illərdir teatrın inkişafına yorulmadan töhfə verən, səhnəyə sevgisi ilə incəsənətin yüksəlişinə can atan bir rəhbərdir. Onun sənətə verdiyi dəyər teatrın ruhunu yaşadan işıqdır.


]Teatra gəldiyi gündən onun sənətə olan dərin sevgisi və peşəkarlığı özünü hər addımda göstərmişdir. Rus Dram Teatrı onun rəhbərliyi altında yaradıcılıq zirvələrini fəth edərək, tamaşaçını düşündürən və ruhlandıran tamaşalar təqdim etmişdir. Bu teatr artıq təkcə bir səhnə deyil, sənətin, fikrin və emosiyanın qovuşduğu bir məkandır.

Ədalət müəllim həm rəhbər, həm də sənətkarları və işçi heyəti üçün qayğıkeş, anlayışlı və dəstək verən insandır.
Onun yüksək zövqü, incə düşüncələri və yenilikçi ideyaları teatrın simasını formalaşdırmış, onu mədəni irsimizin ayrılmaz parçasına çevirmişdir. Teatra duyduğu sevgi isə onu sadəcə bir idarəçi yox, teatrın ruhuna hakim bir sənət insanı edir.

2008-ci ildən Rus Dram Teatrına rəhbərlik edən Ədalət Hacıyev, bu mədəniyyət ocağını yeni zirvələrə daşıyan görkəmli bir mədəniyyət xadimidir.
Onun rəhbərliyi altında teatr akademik status qazandı, repertuarı təkcə Azərbaycan klassiklərinin deyil, dünya dramaturgiyasının şah əsərləri ilə zənginləşdi. Bu gün Akademik Rus Dram Teatrı beynəlxalq səviyyədə tanınır, adını dünya teatrları sırasında fəxrlə yazdırır.

Teatrda səhnələşdirilmiş Şekspirin "Kral Lir", Çexovun "Qağayı", Elçinin "Cəhənnəmin kirayəçiləri" kimi tamaşalar, sənətin gücünü və insan ruhuna təsirini bir daha sübut etmişdir. Bütün bu uğurların arxasında Ədalət müəllimin yorulmaz əməyi, sənətə olan sonsuz sevgisi dayanır. Onun fədakarlığı, sənət yolunda keçirdiyi yuxusuz gecələri, bu mədəniyyət ocağını ucaldan işıqlı ideyaları, biz dostlarını da qürurlandırır.

Məhz bu misilsiz töhfələrinə görə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Puşkin" medalı ilə təltif edilmişdir. Bu mükafatlar yalnız bir ad və ya medal deyil—onun sənət dünyasında buraxdığı dərin izlərin və mədəniyyətə verdiyi töhfələrin təsdiqidir.


Hər dəfə Rus Dram Teatrının qapılarından içəri daxil olduqda, səhnənin üzərinə düşən işıqları görürəm. Orada, tamaşaların sehrinə qapılmış, sənətə heyranlıqla baxan Ədalət müəllimi sezirəm. Bu məkan yalnız bir səhnə deyil, fikirlərin, duyğuların, xəyalların görüşdüyü bir dünyadır.

Rus Dram Teatrının rəhbəri olmaq sadəcə bir vəzifə yox, sənətə və insanlara həsr olunmuş bir missiyadır.
Ədalət müəllim üçün teatr təkcə bir mədəniyyət ocağı deyil, həm də burada çalışan hər bir kəsin evidir, yurdudur. Bu divarlar onun zəhmətini hiss edib, səhnəsi onun ideyaları ilə nəfəs alıb, işıqları onun sənətə olan sevgisini əks etdirib.

Ədalət Hacıyevin rəhbərliyi altında Akademik Rus Dram Teatrı klassik və müasir dramaturgiyanın ən incə çalarlarını tamaşaçılara təqdim etmişdir. Çexovun dərin psixoloji obrazları, Şekspirin düşündürücü tragikası və Azərbaycan dramaturgiyasının fəlsəfi ruhu teatrın səhnəsində yeni həyat tapmışdır. Hər tamaşa alqışlarla qarşılanır, teatrın divarları sənətin gücünü duyur. Bu teatrı yaşadan təkcə aktyorlar yox, onu ruhu ilə hiss edən və yön verən rəhbərlikdir.


Ədalət Hacıyev yalnız idarəçi deyil—o, teatrın ürəyidir. Sənəti öz doğması kimi sevir, onu qoruyur, yüksəldir. Bu sevgi onu sadəcə bir rəhbər yox, sənətin yolunda fədakar bir şəxsiyyət edir.

Ədalət Hacıyevin fikrincə, teatr sadəcə bir mədəniyyət ocağı deyil—öyrənilən, yenilənən və yaşayan bir dünyadır.

"Teatr elə bir yerdir ki, burada illərlə işləsən də, hər yeni tamaşanın hazırlanması başlayanda öyrənəcəyin məsələlər hələ çox olduğunu görürsən. Hər dəfə yenidən öyrənirik.

Mədəniyyət sahəsində çalışan hər kəs işinə məsuliyyətlə yanaşmalı, tələbkar olmalıdır. Sevdiyi işə dərin hörmət bəsləmək və ona sahib çıxmaq əsas şərtdir. Ədalət Hacıyev məşhur sovet filmi "Доживем до понедельника" barədə danışaraq vurğulayır ki, müəllim səhv buraxmamalıdır, çünki onun səhvi şagirdlərin gələcəyinə təsir edə bilər. Mədəniyyətdə də belədir—hər kəs öz işini sevib ona diqqətlə yanaşmalıdır.

O, teatrda qapıçıdan aktyora qədər hər kəslə danışır və işə götürərkən ilk sualı belə olur: "Sənin teatra, mədəniyyətə, incəsənətə münasibətin necədir? Bir kitab oxuyursanmı? Dramın mahiyyətini bilirsən?" Çoxları "mən sadəcə qapıçıyam" cavabını verir. Amma teatrda çalışan hər kəsin bu sənətə bağlılığı olmalıdır. Əgər bu bir xəstəxana olsaydı, ilk sualım "iynə vura bilirsənmi?" olardı. Lakin teatrda işləyən insan, səhnəyə çıxan sənətçilərə və mədəniyyətə hörmətlə yanaşmalıdır.

Bu məsələdə hər birimiz öncə öz işimizə cavabdeh olmalı, tənqidə özümüzdən başlamalıyıq. Hər kəs işini sevərək və ona dəyər verərək çalışsa, görülən işlərin nəticəsi daha möhtəşəm olacaq."


Brilliant xanım, ömür - gün yoldaşı haqqında bu sözləri söyləmişdi:

"Mən bu dünyada bütün uşaqlara Ədalət kimi atası olmasını, xanımlara da onun kimi həyat-gün yoldaşı arzulayıram."

Ədalət müəllimin və Brilliant xanımın sözləri sadəcə ifadə deyil—bir ömrün aynasıdır. Hər iki sitat, bir həyat yolunun, sənətə və ailəyə həsr olunmuş fədakarlığın əksidir.

Ədalət müəllimin teatrla bağlı düşüncələri onun incəsənətə və yaradıcı şəxslərə verdiyi ümidin, sənətin daim yenilənən bir aləm olduğuna olan sarsılmaz inancının sübutudur. Brilliant xanımın ifadəsi isə onun ailəsinə olan dərin bağlılığını, sevgi dolu bir ömür-gün yoldaşı və fədakar həyat yoldaşı olmasını vurğulayır. Onun bu sözlərində həyat yoldaşına bəslədiyi sonsuz ehtiram və məhəbbət duyulur.

Ədalət müəllimi teatrsız, ailəsiz düşünmək mümkün deyil. Teatr onun ruhudur, ailəsi isə onun dayaq nöqtəsi. Bu iki amil onun həyatının ritmini müəyyənləşdirir—o, səhnədə sənəti yaşadır, evində isə sevgini, qayğını və dəstəyi qoruyur. Bu iki dünya onun qəlbində bütöv bir ailə kimidir—biri sənətə, biri isə həyata xidmət edir.

Ədalət Hacıyev fikrincə, teatr sadəcə bir mədəniyyət ocağı—öyrənilən, yenilənən və yaşayan bir dünyadır:


Onun üçün teatrın ən maraqlı hissəsi tamaşanın özü yox, məşq prosesidir:
"Mənim üçün teatrın tamaşadan maraqlı hissəsi məşqin özüdür. Hətta mən orda rejissorlara pis mənada yox, yaxşı mənada yazığım da gəlir. Çünki onlar bəzi səbəblərdən aktyorlardan yüz faiz istədiklərini ala bilmirlər."

Teatr yalnız səhnədə yox, salonda, tamaşaçı gözlərində və ürəklərində də canlanır:
"Cavanlar teatra gələndə həmin gün mənim üçün bayram olur."

O, teatrın gündəlik həyatını belə izah edir:

"Teatrın işığı yanırsa, mən o gün gedib başqa yerdə otura bilmirəm. Bilirəm ki, burda proses, iş gedir. Teatra tamaşaçı gəlir, camaat gəlir, elə bil sənin evinə qonaq gəlir. Sən çıxıb gedəcəksən? Əlbəttə ki, yox."

Teatr təkcə ovsunlamağıyla yox, səhnədə canlanan duyğularıyla, tamaşaçıların qəlbində yaratdığı xatirələrlə yaşayır. Ədalət Hacıyev illərdir bu sənətin böyük inkişafına can atır, teatrın səsini başqa ölkələrdə ucaldan əsl teatr rəhbəri, həm də cəfakeşdir.

P.S.Bu sənət yolunda onun ən böyük dayağı həyat yoldaşı, səhnəmizin ulduzu Brillant xanım və oğlu Cahad bəydir. Onlar sənətin işığını qoruyur, teatrın ruhunu yaşadırlar. Cahad bəyə isə xoşbəxtlik dolu bir gələcək, uğurlu addımlar və gözəl bir toy arzulayırıq—ailəsinin sənət sevgisi onun yoluna daim işıq saçsın!



Teatrın işıqları sönməsin, səhnənin nəfəsi daim yaşasın!

P.S.S. Ədalət müəllim yalnız teatr rəhbəri deyil, həm də insanlara qayğı göstərən, xeyirxahlığı ilə seçilən bir şəxsiyyətdir. O, nə qədər çətin rejimlə çalışsa da, xeyirxah işlərini heç vaxt dayandırmır. Qazancını tək yemir, çörəyini bölüşür, suyunu paylaşır—Allahın verdiyi ruzunu dədə malı kimi hamıya paylayır.

Onun qapısı ehtiyac içində olan hər kəsə açıqdır. Teatr rəhbəri kimi yeganə insandır ki, heç kimi əliboş qaytarmır. Kim yanına ehtiyacla gəlirsə, dərhal ona kömək edir. Şəhid ailələrinə, qocalar evinə, uşaqlar evinə ərzaq və azuqələr göndərir, onların qayğısına qalır.

Bu xeyirxahlıq yalnız maddi yardımla bitmir—Ədalət müəllim insanlara ruhən dəstək olur, onların dərdinə şərik çıxır. Onun bu əməlləri yalnız teatrın divarları arasında deyil, bütün cəmiyyətə yayılır. Elə ona görə də Allah onun və ideal ailəsinin ruzusunu bol edir—çünki o, halal yaşayan, ürəyi Allahla vuran bir insandır.


Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.

Geri dön