Ana Sayfa > Karusel / Dünya > Paşinyan:

Paşinyan:


Bu gün, 10:34. Yazar: sevinc1
Paşinyan:

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

aia.az xəbər verir ki, Paşinyan hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.

***

10:00

Ermənistanda terror və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alınıb.

aia.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, terror və hakimiyyətin ələ keçirilməsi cəhdində arxiyepiskop Baqrat Qalstanyanın lideri olduğu “Müqəddəs mübarizə” hərəkatı ittiham olunur.

aia.az
Geri dön