Ana Sayfa > Siyasət > Prezidentin Yevlax səfəri - Regionların inkişafı siyasətinin prioritet istiqamətidir

Prezidentin Yevlax səfəri - Regionların inkişafı siyasətinin prioritet istiqamətidir


Bu gün, 10:24. Yazar: azer
Prezidentin Yevlax səfəri - Regionların inkişafı siyasətinin prioritet istiqamətidir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı güclü siyasət kursunun əsasında Ölkəmizin hərtərəfli inkişafı və xalqımızın milli maraqları dayanır. Xüsusilə qeyd etməliyəm ki, əzəli yurdumuzun-Qarabağın azad olunmasından sonra ölkəmizdəki abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri daha yüksək səviyyədə start götürüb. Bütöv və müstəqil Azərbaycanda uğurla həyata keçirilən iqtisadi layihələr müdrik siyasətimizin prioritet istiqamətidir. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır. Ona görə hər zaman bu amilləri diqqətdə saxlayan Ölkə Prezidenti cənab İlham Əliyev bənzərsiz fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir və ərazi bütövlüyümüzün bərpasından sonra güclü Liderimizin regionlara davamlı səfərləri aparılan genişmiqyaslı işlərin çox mühüm əhəmiyyətli olduğunu göstərir.

Prezident İlham Əliyev Qarabağ və ətraf rayonlarla yanaşı digər bölgələrimizin inkişafı məsələsini də daim diqqət mərkəzində saxlayır. Son dövrlərdə möhtərəm Prezidentimizin tapşırıq və tövsiyyələri əsasında Yevlaxda da aparılan böyük abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələrinin uğurlu icrası, yeni parkların salınması, küçələrin asfatlanması və işıqlandırılması bir yevlaxlı kimi məni də çox sevindirir.

Sevindirici haldır ki, möhtərəm Prezidentimizin ötən gün Yevlaxda səfərdə olması bütün yevlaxlılar üçün əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. Dövlətimizin Başçısı cənab İlham Əliyev “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının və Qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə və Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

Bütün bunlar Yevlaxdakı inkişafın əyani göstəriciləridir. İdman Olimpiya Kompleksi rayon gənclərimizin, sakinlərimizin öz asudə vaxtlarını səmərəli keçirməsi, sağlam mühitdə yaşaması üçün olduqca əlverişlidir. Yeni su xəttlərinin və yeni yolların çəkilməsi də insanların rahat yaşayışını təmin edən vacib amillərdəndir.

Bütün sözügedən məsələlərin fonunda qeyd etməliyəm ki, rayonumuz, eləcə də qüdrətli Azərbaycan Dövlətimizin Başçısı cənab İlham Əliyevin ali rəhbərliyi altında böyük inkişaf yolu keçir və firavan gələcəyə doğru uğurla addımlayır.

İlham Məmmədov,
Milli Məclisin deputatı
Geri dön