Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Azərbaycanın aparıcı ölkələrlə strateji tərəfdaşlıq əlaqələri real nəticələr verməkdə davam edir”

Novruzəli Aslanov: “Azərbaycanın aparıcı ölkələrlə strateji tərəfdaşlıq əlaqələri real nəticələr verməkdə davam edir”


Bu gün, 09:59. Yazar: azer
Novruzəli Aslanov: “Azərbaycanın aparıcı ölkələrlə strateji tərəfdaşlıq əlaqələri real nəticələr verməkdə davam edir”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması kimi qlobal məsələyə mühüm töhfələr verməkdə davam edir. Əlbəttə ki, bu proses ölkəmizin özünün enerji potensialını gücləndirmək prosesinə paralel olaraq həyata keçirilir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə keçirilmiş “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi xüsusi əhəmiyyət kəsb edən hadisədir. Qeyd olunmalıdır ki, bu hadisə təkcə ölkəmizin energetika sahəsi üçün önəm daşımır. Yeni Elektrik Stansiyasının açılışı eyni zamanda həm də Azərbaycanın dünyanın müxtəlif aparıcı ölkələri ilə qurduğu strateji tərəfdaşlıq əlaqələrinin real nəticələrindən biri kimi dəyərləndirilməlidir. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əiyevin dediyi kimi, “8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin də böyük payı var. Məlumdur ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və dövlət başçımızın bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, hazırda İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Eyni zamanda Çin də ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdədir. Azərbaycan İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlayıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrinin birgə icrası istiqamətində işlər görülür. Əlbəttə ki, siyasi əlaqələr hər iki ölkə ilə çox yüksək səviyyədədir və Mingəçevirdə yeni Elelktrik stansiyasının açılışı da çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili ölkəmizin energetika sahəsində son 20 ildə güclü inkişaf getdiyini xüsusi qeyd edib: “ Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha tarixə nəzər saladı və tamamilə doğru olaraq vurğuladı ki, müstəqilliyin ilk illərində ölkəmizdə enerji qıtlığı yaranmışdı. Energetika sistemi lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Buna görə də son 20 il ərzində Azərbaycanın energetika sistemi tamamilə yenidən quruldu. Ölkənin müxtəlif ərazilərində yeni elektrik stansiyaları quruldu, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - stansiya yenidən istismara verildi. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Bu isə o deməkdir ki, Mingəçevir hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da ölkəmizin energetika sistemini daha da gücləndirəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.


Geri dön