Ana Sayfa > Özəl > ABŞ İrana hücumlar barədə Avropaya məlumat verməyib

ABŞ İrana hücumlar barədə Avropaya məlumat verməyib


Dünən, 21:18. Yazar: sevinc1
ABŞ İrana hücumlar barədə Avropaya məlumat verməyib
ABŞ hakimiyyəti ABŞ-ın İrana hücumları barədə Avropaya məlumat verməyib. Bu barədə RİA Novosti-yə avropalı diplomatik mənbə məlumat verib.

Ona Vaşinqtonun Avropadakı tərəfdaşlarına İrana zərbələr barədə məlumat verib-vermədiyi barədə sual verilib.

“Vaşinqton avropalı tərəfdaşlarına ABŞ-ın İrana zərbələri barədə məlumat verməyib, məsləhətləşmələr aparılmayıb”, - agentliyin mənbəsi cavab verib.
Xatırladaq ki, həftə sonu ABŞ İsrail və İran arasında münaqişəyə girib. İyunun 22-nə keçən gecə Vaşinqton İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. Tehran buna iyunun 23-də ABŞ-ın Qətərdəki bazalarına zərbələr endirməklə cavab verib. Bundan sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran 12 günlük atəşkəs imzalamaq barədə razılığa gəliblər ki, bu da aralarındakı münaqişənin sona çatmasını təmin edəcək.

aia.az
Tərcümə şöbəsi
Geri dön