Ana Sayfa > Ölkə > Daha bir yolda təmir işləri aparılacaq -

Daha bir yolda təmir işləri aparılacaq -


Dünən, 16:46. Yazar: sevinc1
Daha bir yolda təmir işləri aparılacaq -

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 25 iyun tarixində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə aia.az-a AAYDA-dan məlumat verilib.

Qeyd olunur ki, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

aia.az
Geri dön