Ana Sayfa > Ölkə > Külək axşam saatlarında zəifləyəcək
Külək axşam saatlarında zəifləyəcəkDünən, 15:40. Yazar: sevinc1 |
![]() İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək. aia.az Geri dön |