Ana Sayfa > Dünya > ABŞ-İsrail-İran atəşkəsinə vasitəçiliyi bu dövlət edib

ABŞ-İsrail-İran atəşkəsinə vasitəçiliyi bu dövlət edib


Bu gün, 11:41. Yazar: sevinc1
ABŞ-İsrail-İran atəşkəsinə vasitəçiliyi bu dövlət edib


İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İranla atəşkəs razılaşmasının əldə olunduğunu rəsmən təsdiqləyib.

aia.az xəbər verir ki, İsrailin Kan dövlət televiziyasının məlumatına görə, atəşkəs Qətərin vasitəçiliyi ilə əldə olunub.

Qeyd edək ki, Qətər həm ABŞ-la, həm də İranla yaxşı münasibətlərə malik olan ölkədir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da ötən gecə özünün sosial şəbəkə hesabındakı paylaşımında Qətər əmirinə "bölgədə sülh axtarışında etdiyi hər şey üçün" təşəkkür edib.

aia.az
Geri dön