Ana Sayfa > Özəl > NYT: Çin diplomatları İranın hücumundan sonra ABŞ-ın etibarını itirdiyini deyirlər

NYT: Çin diplomatları İranın hücumundan sonra ABŞ-ın etibarını itirdiyini deyirlər


Bu gün, 14:17. Yazar: sevinc1
NYT: Çin diplomatları İranın hücumundan sonra ABŞ-ın etibarını itirdiyini deyirlər



Çin səlahiyyətliləri ABŞ-ın İranın nüvə obyektlərinə aviazərbələr endirməsini kəskin şəkildə pisləyib və Vaşinqtona inamını itirdiklərini bildirib.
“The New York Times” yazır ki, Çin hökuməti ABŞ-ı İranın nüvə obyektlərinə hava zərbələri endirdikdən sonra dünya dövləti kimi imicini sarsıtmaqda ittiham edib.

Çinin BMT-dəki nümayəndəsi Fu Konqun sözlərinə görə, Vaşinqtonun hərəkətləri təkcə İranı deyil, həm də beynəlxalq danışıqların iştirakçısı kimi Amerikanın reputasiyasını zədələyib.

Fu Konq deyib: "İran zərər çəkib, lakin ABŞ-ın reputasiyası da zərər çəkib - bir ölkə kimi və istənilən beynəlxalq danışıqların iştirakçısı kimi".
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Pekin dərhal atəşkəs, mülki əhalinin müdafiəsi və sülh danışıqlarının başlanmasını tələb edən qətnamə layihəsinin hazırlanmasında Rusiya və Pakistana qoşulub. Çinin rəsmi mediası da ABŞ-ı tənqid edərək, onu Yaxın Şərqdə zorakılığı artırmaqda ittiham edib. Sinxua qeyd edib ki, indiki böhran güc və hərbi müdaxilə siyasətinin uğursuzluğunu göstərir.

Sərt ritorikaya baxmayaraq, Çin İranın əsas siyasi və iqtisadi tərəfdaşlarından biri olaraq qalır və Tehrana möhkəm qalmağa və Həmas, Hizbullah və Husilər də daxil olmaqla müttəfiqlərini dəstəkləməyə imkan verir. Çin beynəlxalq ictimaiyyəti münaqişənin deeskalasiyası üzərində işləməyə çağırıb, lakin ABŞ-ın tələbi ilə Tehrana təzyiq imkanlarını müzakirə etməkdən imtina edib.


Bundan əvvəl Rusiya, Çin və Pakistan nümayəndə heyətləri BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İran obyektlərinə zərbələrini pisləyən və atəşkəsə çağıran qətnamə layihəsini yaymışdılar.

ABŞ dövlət katibi Marko Rubio Çin hakimiyyətini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön