Ana Sayfa > Ölkə > Ürgəncə müntəzəm uçuşları bərpa edir
Ürgəncə müntəzəm uçuşları bərpa edirBu gün, 10:02. Yazar: azer |
![]() Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar. Geri dön |