Ana Sayfa > Siyasət > BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaqDünən, 16:10. Yazar: sevinc1 |
![]() Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) Ankara təmsilçiliyi açılacaq. aia.az xəbər verir ki, bu barədə Report-un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib. Qeyd edilib ki, bununla əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidanla UNRWA komissarı Filip Lazzarini “Türkiyə Respublikası Hökuməti ilə UNRWA arasında UNRWA-nın Ankara Nümayəndəliyinin yaradılmasına dair Saziş” imzalayacaq. Sazişin imzalanması mərasimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində baş tutacaq. Qeyd edək ki, UNRWA BMT-nin qərarı ilə 8 dekabr 1949-cu ildə qurulub və 1950-ci ilin mayından fəaliyyətə başlayıb. Türkiyə 2023-cü ildən indiyədək bu təşkilata 33 milyon dollar dəyərində yardım edib. aia.az Geri dön |