Ana Sayfa > Dünya / Manşet > Üçüncü dünya müharibəsi -
Üçüncü dünya müharibəsi -Bu gün, 09:50. Yazar: sevinc1 |
![]() Rusiya Prezidenti Vladimir Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır. aia.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb. O, dünyamızın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirib. Rusiya lideri münaqişənin həlli yollarını tapmağa çağırıb: “Münaqişə üçün böyük potensial var və bu, getdikcə artır. Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur”. aia.az Geri dön |