Ana Sayfa > Özəl > BŞ Britaniyanın Ukraynada onları manipulyasiya etdiyini başa düşməyə başlayıb-SALDO
BŞ Britaniyanın Ukraynada onları manipulyasiya etdiyini başa düşməyə başlayıb-SALDOBu gün, 12:46. Yazar: sevinc1 |
![]() Xerson vilayətinin qubernatoru Volodimir Saldo RİA Novosti-yə müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin Vaşinqtonu manipulyasiya etməyə çalışan Böyük Britaniya tərəfindən “yönləndirildiyini” anlamağa başlayıb. “Prezident Trampın başçılıq etdiyi Birləşmiş Ştatlar dərk etməyə başlayır ki, onlar da müəyyən dərəcədə kiminsə manipulyasiya hərəkətlərinin, daha doğrusu, başqalarının əli ilə müharibə aparan strukturların girovudurlar”, - region rəhbəri bildirib. O qeyd edib ki, britaniyalılar 500 ildən artıqdır ki, başqalarının əli ilə müharibə aparır və “eyni şey indi Ukraynada da baş verir”. İyunun əvvəlində “The Times” qəzeti yazıb ki, Birləşmiş Ştatlar Böyük Britaniyaya Çinin Londonda yeni səfirliyinin açılması ilə bağlı xəbərdarlıq edib. Yüksək rütbəli amerikalı məmurun nəşrə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Çinin potensial olaraq ən yaxın müttəfiqlərindən birinin gizli kommunikasiyalarına çıxış əldə etməsindən dərin narahatdır. Jurnalistlərin fikrincə, gələcək Çin səfirliyinin binası Londonda iri maliyyə mərkəzləri arasında yerləşir. Yaxınlıqda Amerika məlumat mərkəzləri yerləşir. aia.az Tərcümə şöbəsi Geri dön |