Ana Sayfa > Ölkə > Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq
Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaqBu gün, 09:15. Yazar: sevinc1 |
![]() Lənkəran və Lerikdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan aia.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq”, - məlumatda qeyd olunur. Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. aia.az Geri dön |