Ana Sayfa > Dünya > İstanbulda İƏT-in XİN Şurasının 51-ci sessiyası keçiriləcək

İstanbulda İƏT-in XİN Şurasının 51-ci sessiyası keçiriləcək


Bu gün, 13:06. Yazar: sevinc1
İstanbulda İƏT-in XİN Şurasının 51-ci sessiyası keçiriləcək

Türkiyənin İstanbul şəhərində 21-22 iyunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, sessiya xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda baş tutacaq.

Toplantıda iştirak etmək üçün 40-dan çox ölkənin xarici işlər nazirlərinin İstanbula gələcəyi gözlənilir. Bu, əvvəlki görüşlərlə müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçı deməkdir.

Həmçinin, iclasda İƏT-ə üzv olan 57 ölkədən, bu təşkilata bağlı qurumlardan, müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan 1000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

aia.az
Geri dön