Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov İsmayıllının Ruşan kəndində sakinləri qəbul edib

Novruzəli Aslanov İsmayıllının Ruşan kəndində sakinləri qəbul edib


Bu gün, 12:52. Yazar: azer
Novruzəli Aslanov İsmayıllının Ruşan kəndində sakinləri qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 19 iyun 2025-ci il tarixində İsmayıllı rayonunda sakinlərlə növbəti görüş keçirib.

aia.az xəbər verir ki, bu görüş rayonun Ruşan kəndində baş tutub. Görüşdə yaxınlıqda yerləşən qonşu Vəng kəndinin də sakinləri iştirak ediblər.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən Vəng kəndinin sakinləri təbii qazın verilişi ilə bağlı müəyyən problemlərin olduğunu deputatın diqqətinə çatdırıblar. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında təcili məsələ qaldıracağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Ruşan və Vəng kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Geri dön