Ana Sayfa > Ölkə > 1 tona yaxın çətənə bitkisi yandırıldı

1 tona yaxın çətənə bitkisi yandırıldı


Bu gün, 12:26. Yazar: sevinc1
1 tona yaxın çətənə bitkisi yandırıldı

Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

aia.az xəbər verir ki, ümumi çəkisi 917 kiloqram olan 970 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan üç ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

aia.az
Geri dön