Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı


Bu gün, 10:30. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

İyunun 18-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

aia.az
Geri dön