Ana Sayfa > Ölkə > Sabahdan bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sabahdan bu yolda hərəkət qismən məhdudlaşdırılacaq


Dünən, 17:12. Yazar: sevinc1
Sabahdan bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

aia.az
Geri dön