Ana Sayfa > Manşet / Parlament / Siyasət > Bakıda QDİƏTPA-nın 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib

Bakıda QDİƏTPA-nın 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib


Bu gün, 14:23. Yazar: azer
Bakıda QDİƏTPA-nın 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib

İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Milli Məclisinin spikeri və QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.

Keçirilən müzakirələrdə QDİƏTPA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilatı məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
Geri dön