Ana Sayfa > Manşet / Ölkə > 11 nəfəri dövlət işinə düzəltmək adı ilə 42 min manatlıq dələduzluq etdi
11 nəfəri dövlət işinə düzəltmək adı ilə 42 min manatlıq dələduzluq etdiBu gün, 10:49. Yazar: sevinc1 |
![]() Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb. aia.az xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib. Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir. F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər. aia.az Geri dön |