Ana Sayfa > Parlament > Ev partladı, qonaqla ev sahibi yandılar
Ev partladı, qonaqla ev sahibi yandılar11-02-2017, 18:58. Yazar: admin |
Abşeron rayonunda mənzildə partlayış olub. Hadisə fevralın 10-da rayonun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb. Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış nəticəsində dağıntı olmayıb, evin 20 kv.m sahəsində yanar konstruksiyalar yanıb. Yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər. aia.az Geri dön |