Ana Sayfa > Ölkə > Fizika İnstitutunda Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib
Fizika İnstitutunda Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilibDünən, 17:31. Yazar: azer |
![]() 13 iyun 2025-ci il tarixində Fizika İnstitutunda Milli Qurtuluş günü münasibəti ilə "MİLLİ QURTULUŞDAN BÖYÜK ZƏFƏRƏ” MÖVZUSUNDA tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra A. Həşimov deyib ki, 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir təqvim günü yox, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gündür. 15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır. Arif Həşimov sözlərinə əlavə olaraq deib ki, 1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya qayıdışı, əslində, xalqın ona olan inamının və ümidsizliyə qapıldığı bir anda güvənc yeri axtarışının nəticəsi idi. O dövrdə ölkədə gedən siyasi çəkişmələr, hakimiyyət zəifliyi və idarəetmə böhranı vəziyyəti daha da çıxılmaz etmişdi. Ulu Öndər bu mürəkkəb proseslərin fonunda siyasi iradə, qətiyyət və xalqı ətrafında səfərbər etmək bacarığı ilə həm Gəncədə baş qaldırmış qiyamın qarşısını aldı, həm də paytaxtda sabitlik və hüquqi idarəçiliyin bərpası istiqamətində mühüm addımlar atdı. Daha sonra A. Həşimov çıxışında deyib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qısa müddətdə o, dövlət aparatını yenidən formalaşdırdı, hüquqi islahatlara başladı, ordu quruculuğuna xüsusi önəm verdi. Həmin tarixi gün sonradan – 1997-ci ildə Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi və hər il dövlət səviyyəsində qeyd olunmağa başladı. Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Onun xilaskarlıq missiyası, dövlətçiliyin bərpası və sabitliyin təmin olunması yönündə atdığı strateji addımlar təkcə bir dövrün deyil, bütövlükdə bir millətin taleyini dəyişmişdir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan 1990-cı illərin əvvəllərində ciddi təhdidlər qarşısında idi – həm xarici işğal, həm də daxili siyasi anarxiya dövlətin mövcudluğunu sual altına alırdı. Məhz bu şəraitdə xalq öz ümidini və etibarını Heydər Əliyevin şəxsiyyətində tapdı. Arif Həşimov yekun olaraq deyib ki, Heydər Əliyev yalnız müstəqilliyi bərpa etməklə kifayətlənmədi, o, müstəqil dövlətin möhkəmlənməsi, beynəlxalq hüquq subyektinə çevrilməsi üçün ardıcıl və sistemli islahatlar həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul olundu, ilk demokratik parlament seçkiləri keçirildi, insan hüquqları və azadlıqları dövlət siyasətinin prioritetinə çevrildi. “Müstəqilliyimiz əbədi, dönməz, sarsılmazdır” prinsipi Ulu Öndərin siyasi fəlsəfəsinin mərkəzində dayanırdı. O, Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsaslarını quraraq əslində müstəqilliyin qorunmasının ideoloji təməlini formalaşdırdı. Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvü, elmi işçi Bayram Xudayarov, f.ü.f.d. Çinarə Səbzəliyeva Çıxış edənlər qeyd ediblər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təməl daşlarından biridir. Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvü, elmi işçi Bayram Xudayarov “15 iyun 1993-cü il Böyük Zəfərə gedən yolun başlanğıc tarixi” adlı məqalə ilə çıxış etdi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Bayram Xudayarov AİA.az Geri dön |