Ana Sayfa > Özəl > Fox News: İsrail İran Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq bir yerə toplayıb

Fox News: İsrail İran Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq bir yerə toplayıb


13-06-2025, 18:22. Yazar: sevinc1
Fox News: İsrail İran Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq bir yerə toplayıb

Fox News İsrail təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verir ki, İsrail İran Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq yeraltı komandanlıq mərkəzinə toplayıb və sonra hücum edib. İsrail təhlükəsizlik qüvvələrinin nümayəndəsinin sözlərinə görə, “xüsusi tədbirlər” həyata keçirilib.

Bundan əlavə, İsrail daha əvvəl hərbi komandirlərlə bağlı dosye toplayıb.

Telekanalın mənbəsinin sözlərinə görə, zərbələr “İsrailin gözlədiyindən daha uğurlu olub”.

İyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin hədəfləri arasında nüvə fizikləri və Natanz obyekti var.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin baş komandanı Əli Hacızadə həlak olub.

Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, İsrailin zərbələri nəticəsində azı 20 yüksək rütbəli iranlı komandir həlak olub.

aia.az
Tərcümə şöbəsi
Geri dön