Ana Sayfa > İdman > Neymar “Fənərbağça”dan təklif aldı
Neymar “Fənərbağça”dan təklif aldıDünən, 14:29. Yazar: sevinc1 |
![]() Braziliya millisinin və “Santos” klubunun futbolçusu Neymar karyerasını Türkiyədə davam etdirə bilər. aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça" 33 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bildirilib ki, İstanbul nəhəngi Neymara 1+1 illik müqavilə təklif edib. Oyunçunun hazırkı komandası ilə sözləşməsində istənilən Avropa klubuna pulsuz keçmək imkanı verən xüsusi bənd var. Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində 14 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. aia.az Geri dön |