Ana Sayfa > İqtisadiyyat > İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür
İpoteka kreditlərinin 78 faizi Bakının payına düşürDünən, 12:46. Yazar: sevinc1 |
![]() "Ümumilikdə İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox ipoteka krediti verilib". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ipoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb: "Qeyd edilməlidir ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb". aia.az Geri dön |