Ana Sayfa > Gündəm > “Kərimə” dövləti qurmaq istəyən şəxslərə hökm oxunub
“Kərimə” dövləti qurmaq istəyən şəxslərə hökm oxunub12-06-2025, 14:04. Yazar: sevinc1 |
![]() “Kərimə” dövləti qurmaq istəyən və müəyyən şəxslərə qarşı terror aktları törətməyi planlaşdıran şəxslərə hökm oxunub. aia.az Report-a istinadən xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib. Məhkəmədə elan olunan hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilənlər - Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər, həmçinin sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlayırmışlar. Adıçəkilən şəxslər cinayət işi üzrə zərərçəkən qismində tanınıblar. aia.az Geri dön |