Ana Sayfa > Ölkə > Goranboyda ZƏHƏRLƏNMƏ:

Goranboyda ZƏHƏRLƏNMƏ:


12-06-2025, 09:00. Yazar: sevinc1
Goranboyda ZƏHƏRLƏNMƏ:

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

aia.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y.İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Y.İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib. Belə ki, azyaşlı "Niasitol"u pivə bokalına töküb, Y.İbrahimov isə bilmədən onu içib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön