Ana Sayfa > Ölkə > "Magerramov" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
"Magerramov" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı11-06-2025, 15:37. Yazar: sevinc1 |
![]() Nərimanov Rayon Məhkəməsində tiktoker "Magerramov" ləqəbli Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb. aia.az Apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb. aia.az Geri dön |