Ana Sayfa > Özəl > Ana üç yaşlı qızını ritual şəkildə qətlə yetirib
Ana üç yaşlı qızını ritual şəkildə qətlə yetirib11-06-2025, 13:09. Yazar: sevinc1 |
![]() Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində qadın cin çıxarma mərasimi zamanı üç yaşlı qızını öldürüb. Bu barədə vilayət polisindən məlumat verilib Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 2021-ci il təvəllüdlü qızın meyitini aşkarlayıblar. Onun anası yaxınlıqda olub. İstintaq zamanı qəsdən adam öldürmədə 32 yaşlı qadının əli olduğunu təsdiqləyən dəlillər ələ keçirilib. Polisin məlumatına görə, ana uşağa ayin edib və hadisəni lentə alıb. Bunu yerli mətbuat da təsdiqləyib. Hazırda şübhəli şəxs həbsdədir. TASS xəbər verir ki, polis ibtidai istintaqı davam etdirir. aia.az Tərcümə şöbəsi Geri dön |