Ana Sayfa > Cəmiyyət / Şou-biznes / Manşet > Pakistanda anomal istilər 700-dən çox adamı məhv elədo

Pakistanda anomal istilər 700-dən çox adamı məhv elədo


24-06-2015, 10:41. Yazar: admin

Yaxın sutkalarda Pakistanda yağışlar proqnozlaşdırılır.

Aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın cənubunda davam edən anomal isti hava nəticəsində ölənlərin sayı artıq 782 nəfərə çatıb.

Həlak olanların 744 nəfəri Karaçi şəhərinin sakinləri olub, bu barədə Pakistanın “Dawn” qəzeti ölkə hökumətinin nümayəndələrinə istinadən xəbər verir. Qalan 38 nəfər isə Sind vilayətinin digər hissələrində yaşayan sakinlərdir.

Ötən istirahət günlərində Karaçidə havanın temperaturu 45 dərəcəyə qədər çatıb. Vəziyyət elektrik enerjisinin verilişinin dayandırılması ilə daha da pisləşib.

Gələn həftə isti havanın yeni dalğası gözlənilir, yaxın sutkalarda isə yağışlar gözlənilir.

Həkimlər sakinlərə uzun müddət günəş altında qalmamağı və yüngül pambıqdan geyimlərə üstünlük verməyi məsləhət görürlər.

Bununla yanaşı, Pakistanın silahlı qüvvələri istidən zərərçəkənlərə yardım üçün 22 məntəqə açıblar.
Geri dön