Ana Sayfa > Media > "Şampinyon" peçenyesi - FOTO
"Şampinyon" peçenyesi - FOTO11-02-2017, 07:41. Yazar: admin |
Aia.Az şampinyona bənzəyən peçenyelərin hazırlanma qaydasını təqdim edir Mətbəx sirləri: Ətli "qızılgül" piroqu - FOTO Tərkibi: 460 q un 200 q kərə yağı 150 q şəkər pudrası 1 ç.q. vanilli şəkər tozu 2 yumurta 40 q nişasta 10 q qabartma tozu 1 x.q. kakao Yumşaq kərə yağını şəkər pudrası və vanilli şəkər tozu ilə çalın (mikser gərək deyil). Qarışdıraraq bir-bir yumurtaları əlavə edin. Un, nişasta və qabartma tozunu əlavə edin. Yoğurub üzərinə dəsmal, ya da plyonka çəkin, soyuducuda 30 dəqiqə saxlayın. Xəmiri 46-48 kündəyə bölün. Perqament döşənmiş siniyə düzün. Uyğun ölçülü borunun bir tərəfini kakao tozuna batırıb hər kürənin ortasına batırın (göbələyin "kötüyü" üçün). 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Soyutduqdan sonra süfrəyə verin. Nuş olsun! aia.az Geri dön |