Ana Sayfa > Dünya > “Vaqner” bu ölkədən

“Vaqner” bu ölkədən


Dünən, 10:04. Yazar: sevinc1
“Vaqner” bu ölkədən

Rusiyada yaradılan və bir çox ölkələrdə fəaliyyət göstərən “Vaqner” hərbi şirkəti Malidən çıxdığını bəyan edib.

aia.az xəbər verir ki, bu barədə “Vaqner” rəsmi bəyanat yayıb.

Bildirilib ki, hərbi qruplaşma 3 ildir Malidə həyata keçirdiyi əməliyyatı uğurla başa çatdırıb və bu ölkədəki üsyançı qüvvələr və onların hərbi rəhbərləri zərərsizləşdirilib.

Açıqlamada Malidəki hərbi əməliyyatlara “Vaqner” hərbi şirkətinin formalaşdırdığı “Africa Corps” qrupunun nəzarət edəcəyi vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildə Malidə başlayan üsyanlardan sonra Fransa bu ölkəyə hərbi qüvvə göndərmişdi. Lakin 2022-ci ildə Fransanın oranı tərk etməsi ilə Rusiyanın nəzarətində olan hərbi şirkət Malidəki vəziyyəti nəzarətə götürmüş və ölkənin hərbi rəhbərliyi ilə birgə fəaliyyətə başlamışdı.

aia.az
Geri dön