Ana Sayfa > Siyasət > Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"

Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"


10-02-2017, 20:38. Yazar: admin
Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"




Azərbaycan Ordusunun təxribatlara cavab olaraq endirdiyi zərbələr nəticəsində ermənilərin itkilərin həddən artıq çoxdur. Bunu dəfələrlə demişəm, onlar bunu mütləq gizlədəcəklər. Çünki əgər onlar bunu gizlətməsələr və açıq elan etsələr, təsəvvür edirsinizmi İrəvanda, eləcə də Qarabağda da hansı etiraz dalğası başlaya bilər? Bunu hamı gözəl başa düşür və həmişə də susurlar.


Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini şərh edərkən deyib.



Polkovnikin sözlərinə görə, əldə edilən məlumatlara görə, Ermənistanın itkiləri gözəçarpacaq qədərdir: "Bu itkilərin sayının açıqlanması onların bütün müdafiə zolağını dağıda bilər. Sadəcə, Azərbaycan tərəfi təmkinlə davranır və var gücündən istifadə etmir.



Çünki razılıqlar var və Azərbaycan onlara əməl edir. Onların praktik olaraq Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirməsi mümkün deyil. Sadəcə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev, hələ ki, düşmən üzərinə tam qüvvə ilə hücuma keçməyə lüzum görmür və məsələni sülh yolu ilə həll etməyə çalışır".



Ekspert hesab edir ki, ermənilər Azərbaycan ordusunu hər vəchlə təxribata və fəal hərbi əməliyyatlara cəlb etməyə çalışırlar: "Amma biz də itkilərimizin olmasını cavabsız, şəhidlərimizin qanını yerdə qoya bilmərik. Onlar istəyirlər ki, öz hücumları ilə bizi qəzəbləndirsinlər və görsünlər ki, gücümüz nədən ibarətdir. Axı biz çox deyirik ki, bizim Silahlı Qüvvələrimiz güclüdür, ən müasir silah və texnikaya malikdir və onları istənilən an tətbiq edə bilər. Ermənilər də bunu incə formada yoxlamaq istəyirlər. Yoxlayırlar, həqiqətənmi bizdə bunlar var və onları tətbiq edəcəyik, yoxsa, sadəcə, elə nümayişkaranə şəkildə söz xatirinə deyirik? İndi onlar hər ötən gün əmin olurlar ki, bu silahlar bizdə var və onu tətbiq etməkdən də çəkinmirik.



Əslində, onlar döyüşlə kəşfiyyat aparmağa çalışırlar ki, görsünlər Azərbaycan ordusu nəyə qadirdir? Hərçənd, onlar ötən ilin aprel əməliyyatları zamanı buna kifayət qədər əmin oldular. Amma yenə də yəqin düşünürlər ki, artıq üstündən 1 il keçib, bir yoxlayaq görək, bəlkə onlar eyforiyaya qapılıblar. Axı hərbidə belə hallar olur, düşünürlər ki, biz artıq qalibik və arxayınlaşırlar. Amma ermənilər bunun əvəzində yaxşıca cavabını alıb uğursuzluğa düçar olurlar. Azərbaycan tərəfinin cavabı, həqəqətən, güclü olur. Mən dəfərlərlə demişəm ki, Azərbaycan Ordusu əla bir əməliyyat həyata keçirərək minimum itkilərlə işğal olunmuş torpaqları azad edə bilər".

İlkin İzzət
Geri dön