Ana Sayfa > Özəl > Makron iki ölkəni Rusiyaya təzyiq göstərməyə çağırıb

Makron iki ölkəni Rusiyaya təzyiq göstərməyə çağırıb


5-06-2025, 17:40. Yazar: sevinc1
Makron iki ölkəni Rusiyaya təzyiq göstərməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron Braziliya və Çini Ukrayna nizamlanması məsələsində Rusiyaya təzyiq göstərməyə çağırıb. Siyasətçi bunu braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə X sosial şəbəkəsində Yelisey sarayı səhifəsində yayımlanan birgə mətbuat konfransında deyib.
Fransa lideri bildirib ki, o, artıq Çin prezidenti Si Cinpindən Moskvaya təzyiq göstərmək üçün diplomatik səylər göstərməyi xahiş edib."İndi hamımız - avropalılar, amerikalılar, çinlilər, braziliyalılar və hindular - Rusiyanı münaqişəni dayandırmağa təşviq etmək üçün hər şeyi etməliyik" dedi siyasətçi və Braziliyanın da sülh prosesində mühüm rol oynaya biləcəyini qeyd etdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön